
Sosial şəbəkələrdə heyvana şiddət göstərən şəxsin kimliyi müəyyən olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, heyvanlarla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla 1990-cı il təvəllüdlü Ə.Əliyev müəyyən olunaraq barəsində inzibati tənbeh tədbiri görülüb.
***11:19
Sosial şəbəkələrdə heyvana şiddət göstərən şəxsin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, video Bilgəh çimərliyində "Daçnik" adlı ərazidə qeydə alınıb.
Kadrlarda ictimai çimərlikdə kişinin dayçaya daş atdığı anlar əks olunub.
Qeyd edilib ki, ətrafdakı şəxslər ona heyvanı vurmasın deyə bir neçə dəfə xəbərdarlıq edib.
Lakin o buna məhəl qoymayaraq, heyvana şiddət göstərməyə davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.