
Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.
O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.