
Azərbaycan güləşçisi Vəfa Orucova Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 43 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Valia Harsana 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.