
Bakı metropolitenində iyulun 29-u gecə saatlarında qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Bu barədə AVESTA.AZ-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, saat 23:55 radələrində metropoliteni qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi"–"Dərnəgül" sahəsində qatarların hərəkəti müvəqqəti dayanıb.
Qeyd olunub ki, operativ tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə edilərək qatarların hərəkəti qısa müddətdə bərpa olunub.
Hazırda Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.