
Azərbaycanın qadın güləşçisi Fidan Babayeva Bakıda təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qazaxıstanlı Aruzhan Bakitnura 2:11 hesabı ilə məğlub olub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.