30-07-2026, 12:48 8

Qadınları yüksək maaş və evlilik vədi ilə Türkiyəyə aparan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, Mənsimə Cəlilova tamah niyyəti ilə müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və zəif vəziyyətlərindən istifadə etməklə Türkiyəyə apararaq cinsi istismara məruz qoyub.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1 (iki və ya daha çox şəxs barəsində insan alveri), 144-1.2.2 (təkrar insan alveri), 144-1.2.4-1 (zəif vəziyyətdən istifadə etməklə insan alveri) və 144-3.4-cü (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2015-ci ilin iyun ayında tanışı olan zərərçəkmiş qadınlardan birinə Türkiyənin Iğdır şəhərində imkanlı şəxslə ailə quracağını vəd edərək onu razı salıb. O, qadının bütün yol xərclərini ödəyərək Sədərək sərhəd-keçid məntəqəsindən Türkiyəyə aparıb. Iğdır şəhərində kirayə mənzilə yerləşdirilən qadının pasportu əlindən alınaraq saxlanılıb. Daha sonra isə həmin qadının müxtəlif kişi müştəriləri ilə pul müqabilində görüşdürülməsi və cinsi əlaqəyə məcbur edilməsinin təşkil edildiyi bildirilir. İstintaqın qənaətinə görə, bu yolla zərərçəkmiş şəxs bir neçə ay ərzində cinsi istismara məruz qalıb.

İttiham aktında qeyd olunur ki, Mənsimə Cəlilova eyni dövrdə başqa bir qadına isə Türkiyədə yüksəkmaaşlı iş tapacağını vəd edib. O da eyni qaydada Sədərək sərhəd-keçid məntəqəsindən Iğdır şəhərinə aparılıb. Həmin qadının da pasportu alınaraq saxlanılıb və müxtəlif ünvanlarda kişi müştəriləri ilə pul qarşılığında görüşdürülməsi təşkil edilib.

İstintaq hesab edir ki, bununla təqsirləndirilən şəxs iki nəfər barəsində təkrar insan alveri cinayətini törədib.

İttihamda göstərilir ki, sonradan həmin qadınlardan biri Türkiyədə baş verənləri yaxınlarına açıqlayacağı ilə hədələnib. Mənsimə Cəlilovanın onun əvvəlki fəaliyyətini ailə üzvləri və tanışları arasında yayacağı ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində zərərçəkmiş yenidən Türkiyəyə getməyə məcbur olub.

Məhkəmə sənədlərinə görə, qadın ikinci dəfə də Iğdır şəhərinə aparılıb, pasportu götürülərək uzun müddət müxtəlif kişi müştərilərinə təqdim olunub və cinsi istismara məruz qalıb.

Bundan başqa, oxşar üsulla daha bir qadın 2018-ci ilin yazında Türkiyədə yüksəkmaaşlı iş vədi ilə aldadılıb. Yol xərcləri ödənilərək Iğdır şəhərinə aparılan qadının burada müxtəlif kişi müştəriləri ilə pul qarşılığında görüşdürülməsi təşkil olunub və o da cinsi istismara məruz qalıb.

Beləliklə, istintaq orqanı hesab edir ki, Mənsimə Cəlilova müxtəlif illərdə bir neçə qadını aldatmaq, hədə-qorxu gəlmək və onların zəif vəziyyətindən istifadə etməklə insan alveri məqsədilə xarici ölkəyə aparıb, onların pasportlarını qanunsuz olaraq götürərək saxlayıb və cinsi istismarını təşkil edib.

Məhkəmə iclasında ifadə verən Mənsimə Cəlilova özünü elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş şəxslərlə əvvəllər qonşuluq münasibətləri olub və onları heç vaxt Türkiyəyə aparmayıb.

Paylaş

Xəbər lenti

Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Dünən, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Dünən, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Dünən, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Dünən, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Dünən, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Dünən, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Dünən, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Dünən, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Dünən, 18:48 Babək prospektində maşın yanıb Dünən, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Dünən, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Dünən, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Dünən, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Dünən, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Dünən, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Dünən, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Dünən, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR