
Fransada havaların kəskin istiləşməsi ilə əlaqədar 21 əyalətdə narıncı səviyyəli hava xəbərdarlığı elan olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə ölkənin Meteo-France meteorologiya xidməti məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq əsasən ölkənin cənub bölgələrini əhatə edir. Eyni zamanda, 29 əyalətdə meşə yanğınları riski yüksək qiymətləndirilir.
Bildirilib ki, Mozel və Mört-et-Mozel əyalətlərində yanğın təhlükəsi "çox yüksək" səviyyəyə çatıb.
Səlahiyyətli qurumlar əhaliyə günün ən isti saatlarında zəruri olmadıqca açıq havada olmamağı və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.