
Livan Prezidenti Cozef Aun rəsmi səfər çərçivəsində Türkiyəyə gedib.
BAKU.WS xəbər verir ki, Prezident Sarayında onun şərəfinə rəsmi qarşılanma mərasimi təşkil olunub.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Livan Prezidenti Cozef Aun arasında təkbətək görüş baş tutub.
Görüş zamanı Ankara ilə Beyrut arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regionda və dünyada baş verən son proseslərin müzakirə ediləcəyi bildirilir.
Liderlərin danışıqlardan sonra birgə mətbuat konfransı keçirərək görüşün nəticələri barədə ictimaiyyətə açıqlama vermələri gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.