
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyunu başa çatıb.
AVESTA.AZ xəbər verir ki, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.
Komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib 4:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə "Dinamo" vəsiqə qazanıb.
***21:53
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk hissə bitib.
AVESTA.AZ xəbər verir ki, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
***21:15
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda irəli çıxıb - 1:0.
13-cü dəqiqədə Breno Almeyda fərqlənib.
***21:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyunu başlayıb.
AVESTA.AZ xəbər verir ki, qarşılaşma Beroe şəhər stadionunda keçirilir.
Görüşü şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edir.
***19:53
UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Dinamo" (Minsk, Belarus) və "Neftçi" kollektivlərinin start heyətləri bəlli olub.
AVESTA.AZ xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Dinamo": 1 Shimakovich 7 Malashevich 8 C Selyava 10 Vardanyan 12 Ivanov 25 Toure 26 Kalinin 30 Djimet 42 Abdullahi 44 Gurban 78 A. Sokolovski
"Neftçi": 1 Balayev 3 Abbasov 8 C Makhmudov 11 Faraj 17 Khachaiev 18 Mathew 20 Gustavo Klismahn 29 Tupta 33 Breno Almeida 55 Gravillon 77 Sac
Qeyd edək ki, "Dinamo" - "Neftçi" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da Beroe şəhər stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib 4:2 hesablı qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.