
Rusiyada "Qiyamət günü radiosu" kimi tanınan UVB-76 radiostansiyası efirdə "Şramoskot" sözünü səsləndirib.
BAKU.WS xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən "UVB-76 Loqi" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, mesaj Moskva vaxtı ilə saat 15:41-də səsləndirilib:
"НЖТИ 30888 ШРАМОСКОТ 4056 5709".
Səsləndirilən "Şramoskot" sözünün mənası məlum deyil.
Qeyd edək ki, UVB-76 1970-ci illərdən yayımlanır. Radiostansiya əsasən fasiləsiz vızıltıya bənzər siqnal ötürməsi ilə tanınır. Zaman-zaman efirdə mənası açıqlanmayan söz və rəqəm kombinasiyaları da səsləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.