12-08-2026, 18:48 0

Naxçıvan üçün yeni dövr: Blokadadan qlobal logistika mərkəzinə

"Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

AVESTA.AZ xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir:

Naxçıvan üçün yeni dövr: Blokadadan qlobal logistika mərkəzinə

"Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Möhtərəm Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu faktın özü Naxçıvanın dövlət siyasətindəki xüsusi yerini aydın şəkildə nümayiş etdirir".

Deputat bildirib ki, Naxçıvanın müasir inkişaf tarixindən danışarkən, ilk növbədə, ulu öndər Heydər Əliyevin bu qədim diyarla bağlı fəaliyyətini xatırlamaq lazımdır:

"Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi mərhələ təşkil edir. Məhz həmin mürəkkəb illərdə Naxçıvanda dövlətçilik ənənələrinin qorunması, milli iradənin möhkəmləndirilməsi və Azərbaycanın müstəqillik yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasi irs sonrakı mərhələdə möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirildi. Naxçıvanda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mühüm layihələrin reallaşdırılması muxtar respublikanın simasını əsaslı şəkildə dəyişdirdi. Uzun illər Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvanın inkişafının təmin edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisi idi. Ən mürəkkəb dövrlərdə belə bu qədim diyarımız diqqətdən kənarda qalmadı. Əksinə, Naxçıvanın dayanıqlı inkişafı üçün mühüm layihələr həyata keçirildi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü".

S.Salmanova qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb:

"Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. İndi Azərbaycan yeni reallıqların formalaşmasında təşəbbüskar və əsas aktorlardan biri kimi çıxış edir. Bu strategiyanın mühüm istiqamətlərindən birini nəqliyyat-kommunikasiya layihələri təşkil edir. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarının həyata keçirildiyi yollar deyil. Onlar dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir. Bu baxımdan Naxçıvanın qarşıdakı dövrdə rolu misilsiz olacaq. Uzun illər blokada şəraitində yaşayan bu qədim diyarımız artıq blokadanın yaratdığı məhdudiyyətlərlə deyil, qarşısında açılan geniş imkanlarla xarakterizə olunacaq. TRIPP layihəsi də məhz bu yeni reallığın mühüm elementlərindən biridir. Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni marşrutların yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının formalaşmasına geniş imkanlar yaradır. Bu bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə uzlaşdırılması isə Naxçıvanın regional və beynəlxalq tranzit sistemində əhəmiyyətini daha da artıracaq.

Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması təkcə ölkəmizin daxili nəqliyyat imkanlarının genişləndirilməsi demək deyil. Bu, eyni zamanda Türkiyə, İran, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni iqtisadi əlaqələrin qurulması üçün mühüm platformadır".

Parlamentari Naxçıvanın coğrafi mövqeyinin ona tarixən böyük strateji üstünlüklər qazandırdığını söyləyib:

"Türkiyə və İranla sərhəddə yerləşməsi, Azərbaycanın digər ərazilərinə yaxınlığı və tarixi ticarət yollarının üzərində qərar tutması Naxçıvanı əsrlər boyu mühüm iqtisadi və kommunikasiya məkanına çevirib. Lakin son onilliklərdə yaranmış blokada bu imkanların tam reallaşdırılmasına ciddi maneələr yaradıb. Qarşıdakı mərhələdə isə vəziyyət dəyişəcək. Yeni nəqliyyat bağlantıları Naxçıvanın regional ticarət və logistika sisteminə daha fəal şəkildə qoşulmasına şərait yaradacaq.

Bu baxımdan Naxçıvanın qarşısında yeni dirçəliş dövrü açılır. Böyük ticarət yollarının, logistika xətlərinin və yük axınlarının mühüm hissəsinin bu ərazidən keçməsi üçün real imkanlar yaranacaq. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geniş regional bazarlara çıxış imkanlarını artırır. Bu coğrafi üstünlük yeni dəmir yolları, avtomobil yolları, logistika mərkəzləri, gömrük infrastrukturu və sənaye istehsalı ilə tamamlandıqda muxtar respublikanın iqtisadi potensialı daha da yüksələcək.

Məsələnin digər mühüm tərəfi Naxçıvanın Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni bağlantılarda rolunun artmasıdır. Şərqdən Qərbə uzanan nəqliyyat marşrutlarının gücləndirilməsi Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, ölkəmizi Avrasiya məkanında mühüm logistika mərkəzlərindən birinə çevirəcək. Gələcəkdə bu marşrutların böyük yükdaşıma potensialına malik regional dəhlizə çevrilməsi Naxçıvana da yeni iqtisadi imkanlar qazandıracaq. Bu, həm də Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Nəqliyyat və logistika ilə yanaşı, yeni sənaye müəssisələrinin, istehsal klasterlərinin, xidmət sahələrinin və ixracyönümlü iqtisadi fəaliyyətin genişlənməsi üçün əlverişli şərait yaranacaq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biri hərbi-siyasi qələbənin davamlı sülhə və iqtisadi inkişafa çevrilməsidir. "Prezident İlham Əliyev həm müharibəni, həm sülhü qazandı" fikri məhz bu reallığın ifadəsidir. Döyüş meydanında əldə edilən Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Diplomatik müstəvidə formalaşan yeni reallıqlar isə regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəlilədilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdı.

Bu gün Azərbaycan qalib dövlət kimi qarşısında yeni məqsədlər müəyyənləşdirib. Dəmir yollarının çəkilməsi, avtomobil yollarının yenilənməsi, logistika mərkəzlərinin yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi Zəfərin sülh və rifah dividendinə çevrilməsinin nümunələridir. Bu mənada Naxçıvan xüsusi əhəmiyyət daşıyır. Çünki burada nəqliyyat bağlantısının bərpası həm Azərbaycanın daxili bütövlüyünün daha da möhkəmlənməsi, həm də regionun ümumi iqtisadi inteqrasiyasının dərinləşməsi deməkdir".

S.Salmanova onu da vurğulayıb ki, Naxçıvanın gələcək inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir:

"Burada həyata keçiriləcək layihələr yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın tranzit və logistika potensialını artıracaq. Ən əsası isə Naxçıvan artıq kənarda qalan coğrafi məkan deyil. Əksinə, o, Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilir. Türkiyə ilə Azərbaycanın birbaşa bağlantısının güclənməsi, İranla əməkdaşlığın genişlənməsi, Ermənistanla sülh şəraitində kommunikasiyaların bərpası və Şərq-Qərb marşrutlarının inkişafı Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq. Bu proses Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına, Avrasiya məkanında yeni ticarət marşrutlarının inkişafına mühüm töhfə verəcək. Ulu öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yeni məzmun qazanan Naxçıvan strategiyası artıq yeni mərhələyə daxil olur. Dünən blokadanın yaratdığı məhdudiyyətlərlə mübarizə aparan Naxçıvan sabah regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilmək perspektivi qazanır. Bu gün Naxçıvan üçün yeni era başlayır. Bu eranın əsasını isə milli iradə, siyasi sabitlik, Zəfərdən doğan yeni reallıqlar və Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası təşkil edir".

Paylaş

Xəbər lenti

Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Bu gün, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Bu gün, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Bu gün, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Bu gün, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Bu gün, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Bu gün, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Bu gün, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Bu gün, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Bu gün, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Bu gün, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Bu gün, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Bu gün, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Bu gün, 16:48 Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar Bu gün, 16:48 Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya Bu gün, 15:48 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır Bu gün, 15:48 ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək Bu gün, 15:48 Bakıda kişi sevgilisinin pulunu alıb Dubaya qaçdı Bu gün, 15:48 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? Bu gün, 15:48 Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir Bu gün, 15:48 Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir Bu gün, 15:48 Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq" Bu gün, 14:48 Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq Bu gün, 14:48 Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər Bu gün, 14:48 Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib Bu gün, 14:48 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub Bu gün, 14:48 "Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb Bu gün, 13:48 Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq Bu gün, 13:48 Azərbaycanın bank sektorunun xalis mənfəəti 26 %-ə yaxın artıb Bu gün, 13:48 Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq Bu gün, 13:48 Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 37 %-ə yaxın artıb Bu gün, 13:48 Ötən gün 25 nəfər saxlanılıb Bu gün, 13:48 Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib Bu gün, 13:48 Azərbaycan-Gürcüstan sərhədində SON VƏZİYYƏT Bu gün, 13:48 İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST Bu gün, 12:48 Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş Bu gün, 12:48 Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü Bu gün, 12:48 Azərbaycanda bu ad cəmi 3 uşağa verilib Bu gün, 12:48 Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib Bu gün, 12:48 İllərin dostluğunu pozan mahnı: "Laçınım"ın müəllifi gizli məqamlardan danışdı Bu gün, 12:48 Bu şəhərin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 12:48 Çempionlar Liqası: "Sabah" təsnifat mərhəsinin ən intizamlı komandası olub Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR