
Moskvanın bütün hava limanlarında təyyarələrin qalxması və enişinə məhdudiyyət tətbiq edilib.
AVESTA.AZ Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər "Vnukovo", "Domodedovo", "Şeremetyevo" və "Jukovski" hava limanlarına şamil olunub.
Qərarın uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi bildirilib. Məhdudiyyətlərin səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Belə məhdudiyyətlər uçuşların gecikməsinə və ya ləğvinə səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl Moskva istiqamətində uçan 10-a yaxın pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.