
Azərbaycanın tanınmış müğənnisi Nigar Camalın qızı Jasmin Keyn futbol karyerasını İngiltərədə uğurla davam etdirir.
AVESTA.AZ xəbər verir ki, hazırda "Luton Taun"un şərəfini qoruyan gənc futbolçu son qarşılaşmalardan birində baxımlı qola imza atıb. Jasminin fərqləndiyi epizod sosial şəbəkələrin Azərbaycan seqmentində maraqla qarşılanıb.
Qeyd edək ki, Nigar Camalın qızı uzun müddətdir peşəkar futbol oynayır. O, daha əvvəl İngiltərənin "Tottenhem" klubunun formasını da geyinib.
Həmin qolu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.