
Sakaryanın Adapazarı rayonunda yaşanan qəribə hadisə sakinləri narahat edib.
AVESTA.AZ xəbər verir ki, son 6 aydır evlərə daş atan və sakinlərə lazer şüası salan naməlum şəxs, Yeşilçam filmi "Süd Qardaşları" filmindəki "Qulyabani" obrazını gerçəyə çevirib.
Qaranlıq düşəndə ortaya çıxaraq evlərə daş atan, pəncərələrə və sakinlərə lazer tutan naməlum şəxs məhəlləni bezdirib.
"Qulyabanı"nı xatırladan bu gizli şəxs hər dəfə izini itirməyi bacarır. Uzun müddətdir yuxusuzluqdan əziyyət çəkən məhəllə sakinləri çarəni küçələrdə növbə tutmaqda görüblər.
Gece boyunca kənddə keşik çəkən vətəndaşlara polis də dəstək verməyə başlayıb.
Həmin bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.