
Məşhur Britaniya rok qrupu "Queen"in ilk bas-gitaraçılarından olan Barri Mitçell dünyasını dəyişib.
AVESTA.AZ xəbər verir ki, sənətçinin ölümünü qrupun rəsmi arxivçisi Qreq Bruks açıqlayıb. Mitçellin hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
O, 1970-ci ilin avqustunda "Queen"ə qoşulub və Freddi Merkuri, Brayan Mey və Rocer Teylorla birlikdə fəaliyyət göstərib. Musiqiçi qrupda təxminən 6 ay qalıb və bu müddətdə 11 konsertdə səhnəyə çıxıb.
Mitçell daha sonra "Queen"dən ayrılsa da, 1990-cı illərdə "Jayne Raydio" ilə yenidən musiqiyə qayıdıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.