
"Fənərbağça" mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatla yollarını ayırıb.
AVESTA.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub 2024-25 mövsümündə heyətə qoşulan futbolçu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb.
Amrabat ötən mövsümü "Real Betis"də keçirib. O, "Fənərbağça"da bütün turnirlər üzrə 45 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun yeni ünvanı hələlik məlum deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.