
Məşhur türkiyəli aktrisa Sıla Türkoğlu sevgilisi Ata Ayyıldızla nişanlanıb.
AVESTA.AZ xəbər verir ki, cütlük münasibətlərində yeni mərhələyə qədəm qoyaraq evlilik yolunda ilk addımı atıb.
Nişan mərasimindən sevgi dolu görüntülər sosial mediada paylaşılıb və qısa zamanda böyük maraq doğurub.
Qeyd edək ki, Ata Ayyıldız ötən ilin avqustunda İtaliyanın məşhur Komo gölündə Sıla Türkoğluna evlilik təklifi etmişdi. Aktrisa həmin anları sosial media hesabında paylaşaraq sevincini izləyiciləri ilə bölüşmüşdü.
İndi isə cütlük nişanlanaraq münasibətlərini rəsmiləşdirib. Onların toy tarixinin nə vaxt olacağı hələlik açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.