
ABŞ Prezidenti Donald Tramp Kanadanın təyyarə istehsalçısı "Bombardier" şirkətinin məhsullarının ABŞ bazarında satışının dayandırılacağını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, Tramp sosial media hesabında bildirib ki, şirkət ABŞ bazarında fəaliyyətini davam etdirmək istəyirsə, ölkə daxilində istehsala başlamalıdır.
"Bazarımızı istəyirlərsə, burada istehsal etməli və Amerikaya pul yığan kimi baxmaqdan əl çəkməlidirlər", – deyə Tramp bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.