
Amerikalı müğənni Cara səhnə adı ilə tanınan Kara Elizabet Kviçi Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən dəfilədə ön sıradakı yerə görə hücuma məruz qalıb.
AVESTA.AZ xəbər verir ki, "Page Six"in məlumatına görə, hadisə dizayner Bibhu Mohapatranın moda nümayişi zamanı baş verib.
Məlumata görə, təşkilatçılar müğənnini girişdə qarşılayaraq podiumun yaxınlığındakı yerə aparıblar. Bu zaman naməlum qadın onun yanına gələrək həmin yerin ona aid olduğunu iddia edib və mübahisə yaradıb.
Şahidlərin sözlərinə görə, mübahisə zamanı başqa bir qadın da müğənniyə yaxınlaşaraq onun qolunu dırnaqları ilə cırmaqlayıb. Cara daha sonra jurnalistlərə qolunda yaranan göyərməni göstərərək bunun hücum nəticəsində meydana gəldiyini bildirib.
Hadisədə adı hallanan qadın isə müğənniyə hücum etmədiyini, iki qonaq arasındakı mübahisəni sakitləşdirməyə çalışarkən ona yüngülcə toxunduğunu deyib. Onun sözlərinə görə, Cara daha sonra başqa yerə keçib və vəziyyət sakitləşib.
Qeyd edək ki, Nyu-York Moda Həftəsində fiziki qarşıdurma ilə bağlı ilk belə hadisə deyil. Daha əvvəl Amerika Moda Dizaynerləri Şurasının rəhbəri Stiven Kolbun PETA fəalına hücum etdiyi bildirilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.