Bu gün, 17:48 86

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Rumıniyanın "Epoch Times Romania" nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlərə dair məqalə dərc edib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, nəşrin "Azərbaycan Prezidenti Avropa Parlamentini korrupsionerlər yuvası adlandırıb" sərlövhəli materialında dövlətimizin başçısının sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı Avropa təsisatlarının Azərbaycana münasibəti barədə səsləndirdiyi fikirlər yer alıb.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev Avropa Parlamentini sərt tənqid edərək qurumun fəaliyyətində korrupsiya hallarına və Azərbaycana münasibətdə ikili standartlara diqqət çəkib.

Qeyd olunub ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın uzun illər ərzində Avropa təşkilatlarında öz mövqeyini çatdırmağa çalışdığını, lakin Ermənistanın işğalçılıq siyasətinə lazımi siyasi qiymət verilmədiyini bildirib.

Məqalədə bildirilib ki, Prezident İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini xatırladaraq Azərbaycanın həmin dövrdə beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə siyasi qiymət verilməsini tələb etdiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Avropa Şurasından Ermənistana qarşı hərbi əməliyyatlar aparılmasını deyil, işğal faktının siyasi baxımdan tanınmasını istəyirdi. Lakin Prezident İlham Əliyevin sözlərinə görə, bu istiqamətdə müvafiq qərarlar qəbul edilməyib.

Rumıniya nəşrinin diqqətə çatdırdığı əsas məqamlardan biri Prezident İlham Əliyevin Avropa Parlamentində korrupsiya ilə bağlı səsləndirdiyi fikirlərdir.

Qeyd olunub ki, Prezident İlham Əliyev Avropa Parlamentinin keçmiş vitse-prezidenti ilə bağlı korrupsiya qalmaqalına toxunaraq qurumun fəaliyyətini tənqid edib. Prezidentin sözlərinə görə, həmin şəxsin evində milyonlarla dollar aşkar edilməsi ilə bağlı hadisəyə baxmayaraq, məsələ lazımi şəkildə araşdırılmayıb.

İlham Əliyev Avropa Parlamentini "rüşvətxorlar yuvası" adlandıraraq bu fikri tam məsuliyyətlə söylədiyini bildirib.

Prezidentin çıxışında Avropa təsisatlarının Azərbaycana münasibəti ilə bağlı digər məsələlərə də toxunmasına yer ayrılıb. O, Ermənistanın işğalçılıq siyasətinə görə sanksiyalarla üzləşmədiyini, Azərbaycanın isə 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Avropa Şurası Parlament Assambleyasında məhdudiyyətlərlə qarşılaşdığını bildirib. Prezident İlham Əliyev bu yanaşmanı Azərbaycana münasibətdə ikili standartların təzahürü kimi qiymətləndirib.

Məqalədə o da qeyd olunub ki, Prezident İlham Əliyev, həmçinin Avropa təsisatlarında islamofobiya ilə bağlı narahatlığını ifadə edib. O, müsəlman dünyasının nüfuzdan salınması və dini dəyərlərə qarşı hörmətsizlik hallarının təsadüfi olmadığını bildirərək bu cür hallara qarşı birliyin vacibliyini vurğulayıb.

Paylaş

Xəbər lenti

Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Bu gün, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Bu gün, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Bu gün, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Bu gün, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Bu gün, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Bu gün, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Bu gün, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Bu gün, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Bu gün, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Bu gün, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Bu gün, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Bu gün, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Bu gün, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Bu gün, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Bu gün, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Bu gün, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Bu gün, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Bu gün, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Bu gün, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Bu gün, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Bu gün, 16:48 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ Bu gün, 16:48 "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq Bu gün, 16:48 Bolt for Business Baku ID 2026-nın dəstək tərəfdaşıdır Bu gün, 16:48 Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib Bu gün, 16:48 Müğənni Nyu-York Moda Həftəsində ön sıradakı yerə görə hücuma məruz qalıb Bu gün, 16:48 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48 ADY: Yeni tədris ilinin ilk günündə qatarlarda rekord sayda sərnişin daşınıb Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır Bu gün, 15:48 Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!" Bu gün, 15:48 "Badamlı" suyunu mamır basıb? - İDDİA Bu gün, 15:48 Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib Bu gün, 15:48 Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər Bu gün, 15:48 Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib Bu gün, 15:48 Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək Bu gün, 15:48 Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Bu gün, 14:48 "Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur Bu gün, 14:48 ADMİU-nun tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI Bu gün, 14:48 SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib Bu gün, 14:48 "Azərkimya"da 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır Bu gün, 14:48 Startap və KOB-larla dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub Bu gün, 14:48 Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edilib Bu gün, 14:48 Rüfət Axundovun qızı universitetə qəbul oldu Bu gün, 14:48 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR