Bu gün, 19:48 84

DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi "TVM İnşaat" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

AVESTA.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, müqavilədə DGK-nın Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqaviləsinin maliyyə dəyəri 5 milyon 14 min 736.87 manat təşkil edir. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib.

DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "TVM İnşaat" MMC 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. Şirkətin rəhbəri Feyzulla Əbülfət oğlu Bayramlıdır. O, bu aydan etibarən şirkətə direktorluq etməyə başlayıb. Ondan əvvəl isə "TVM İnşaat" MMC-nin qanuni təmsilçisi Musa Nizaməddin oğlu Ağayev olub.

Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda nə az, nə çox - düz 5 milyon 473 min 432.75 manat vergi borcu var. Bu ilin martında mediada "TVM İnşaat" MMC haqqında dərc edilən araşdırma materialında şirkətin öhdəlikləri yerinə yetirmədiyinə dair iddialar yer alıb.

Həmçinin iddialara görə, "TVM İnşaat" şirkətinin subpodratçılara 100 milyondan manatdan çox borcu olsa da, onu ödəməkdən yayınır. Bu, şirkətin maliyyə böhranı keçirməsi ilə əlaqələndirilir.

DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı

Araşdırma materialında şirkətin banklara da külli miqdarda borcu olduğu qeyd edilir. Açıq mənbələrdə "TVM İnşaat" MMC haqqında geniş məlumatlar yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə də internet səhifəsinə rast gəlinmir. Bu baxımdan, "TVM İnşaat"ın maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Lakin şirkət haqqında dərc edilən araşdırma materialındakı iddialara əsaslansaq MMC-nin sadəcə tender əməliyyatlarında istifadə edilməsi üçün təsis edilən şirkətlərdən biri olduğunu söyləmək mümkündür. Yeri gəlmişkən, həmin materialdakı iddiaların heç biri şirkət tərəfindən təkzib olunmayıb.

Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər. Söhbət DGK-nın "Azərterminalkompleks" Birliyi ilə "TVM İnşaat" MMC arasında satınalma müqaviləsinin birmənbə metodu ilə bağlanmasından gedir.

"TVM İnşaat" MMC haqqında bəhs edilən tender üzrə satınalma predmeti üzərində xüsusi hüquqlara malik deyil. Axı söhbət sadəcə Mərkəzi Hospital üçün yeni korpusların tikintisindən gedir ki, Azərbaycanda bu işi görə biləcək onlarla şirkət mövcuddur.

Paylaş

Xəbər lenti

NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Bu gün, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Bu gün, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Bu gün, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Bu gün, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Bu gün, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Bu gün, 19:48 Ucarda ev yanıb kül oldu Bu gün, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Bu gün, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Bu gün, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Bu gün, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Bu gün, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Bu gün, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Bu gün, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Bu gün, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Bu gün, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib Bu gün, 16:48 Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib Bu gün, 16:48 Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48 Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 15:48 Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb Bu gün, 15:48 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu Bu gün, 15:48 ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..." Bu gün, 15:48 Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib Bu gün, 15:48 Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır Bu gün, 14:48 İnsan həyatı üçün təhlükə saçan mallar dövriyyədən çıxarılacaq - Yeni qaydalar Bu gün, 14:48 Prezident: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik Bu gün, 14:48 İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib Bu gün, 14:48 İrakli Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb Bu gün, 14:48 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR