
Cəlilabad rayonunda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 17 radələrində Cəlilabad şəhərinin Heydər Əliyev prospektində su nəql edən 225 millimetrlik boruda qəza baş verib və boru deşilib.
Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Onlar suyun ətrafa axmasının qarşısını alıb və hadisə yerində mühafizə tədbirləri həyata keçiriblər.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. İşlər başa çatanadək əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.