
Ukraynanın müharibənin ən gərgin bölgələrindən biri olan Donetsk vilayətinin hərbi prokuroru Etibar Səmədov əslən Tovuz rayonunun Əyyublu kəndindəndir.
AVESTA.AZ Baku TV-yə istinadla xəbər verir ki, E.Səmədov cəbhə xəttinə yaxın ərazilərdə hərbi cinayətlərin qeydə alınması və araşdırılması işinə rəhbərlik edir.
Təmas xəttindəki fəaliyyətinə görə Etibar Səmədov Ukrayna prezidentinin fərmanı ilə "Əmək və şücaət" medalı ilə təltif olunub. O, həmçinin Ukrayna Ali Radası tərəfindən Ukrayna xalqına xidmətinə görə fəxri fərman və medalla təltif edilib.
Ukraynanın şərqində yerləşən Pavloqrad şəhərinin polis rəisi, 32 yaşlı Rüstəm Vəliyev də əslən Salyan rayonundandır.
Onun rəhbərlik etdiyi polis idarəsi də dron hücumlarına məruz qalıb. Məlumata görə, kamikadze dronlardan biri Rüstəm Vəliyevin kabinetinə düşüb və otağı tamamilə dağıdıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.