Bu gün, 18:48 52

Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY

"Qarabağ məsələsi ilə bağlı yeganə bir həqiqət var ki, əgər Azərbaycan Liderinin qətiyyəti, Azərbaycan xalqının torpaq sevgisi olmasaydı, Ermənistan heç bir halda torpaqlarımızdan çıxmayacaqdı. Əgər bunun əksini göstərən xırda bir arqument belə olsaydı Vətən müharibəsindən sonra kapitulyasiya aktına imza çəkən Nikol Paşinyan hakimiyyəti qondarma rejimi maliyyələşdirməz, oraya hər cür dəstək verməz və yaxud da təbrik məktubları göndərməzdi".

Bunu BAKU.WS-ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, bu fikrin özünü də gücləndirən bir neçə arqument var:

"Bu arqumentlər ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu, bu təşkilatı himayə edən tərəflər olmasaydı, Azərbaycan çoxdan öz həqiqətini reallaşdırmağı bacarmışdı. Həmin bu himayədarlar Ermənistanın törətmiş olduğu bəşəriyyət əleyhinə cinayətlərə, hərbi cinayətlərə bəraət qazandırırdılar.

Bir digər amil də var. Şübhəsiz ki, Ruben Vardanyanın bölgəyə gəlişi də planlı idi, bundan bir çox tərəfin də, Nikol Paşinyanın da xəbəri var idi.

Ermənistan əgər bu məsələni həll etmək istəsə idi, Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" fikrini səsləndirməzdi. Buna görə də Azərbaycan məhz Ermənistan ordusunun qalıqlarının təxribatlarına cavab olaraq "Fərrux" və "Qisas" əməliyyatları keçirməyə məcbur qaldı. Çünki Azərbaycan Lideri bölgədə separatizmi kökündən məhv etmək istəyirdi. Bu məsələni tamamilə tarixə qovuşdurmaq istiqamətində çalışırdı. Müharibədən sonra məğlub olmuş Ermənistan prosesləri öz prizmasından yenidən beynəlxalq müstəviyə çıxartmağa çalışır, bu istiqamətdə yalan üzərində qurulmuş addımlar atırdı".

Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY

Politoloq əlavə edib ki, Azərbaycan illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışdı:

"Son ana qədər də danışıqlar prosesinə sadiq qaldıq. Lakin təəssüflər olsun ki, bölgədə vəziyyəti öz xeyrinə dəyişmək istəyən qüvvələr var idi. Azərbaycan isə bütün bu əməllərin üzərindən xətt çəkdi. "Yeni müharibə, yeni ərazilər" formulu tamamilə tarixə qovuşdu. Məhz bunlar göstərir ki, Azərbaycan torpaqlarını işğal altında tutmaq istəyirlər. Qanunsuz formada köç həyata keçirilməsi də növbəti addımlardan biri idi. Yaxın Şərqdən gələn erməniəsilli şəxslər işğal edilmiş ərazilərimizdə yerləşdirilirdi. Bu prosesə böyük dövlətlər, böyük güclər dəstək verirdilər. Bununla da işğalı legitimləşdirmək, torpağımızı bizə unutdurmaq istəyirdilər. Bütün bunlara görə də biz Zəfərimizin mahiyyətini dərindən dərk etməliyik. Tariximizə sahib çıxmalıyıq, onu məhz unutmadan gələcəyə baxmalıyıq".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Bakı-Ələt-Astara magistral yolunda yanğın olub Bu gün, 19:48 Sabalenka "San-Siro"da görüntüləndi - Geyimi ilə diqqət çəkdi Bu gün, 19:48 Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır Bu gün, 19:48 Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib Bu gün, 18:48 Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY Bu gün, 18:48 Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib Bu gün, 18:48 Bakıda hazırda bu yollarda sıxlıq var - Siyahı Bu gün, 18:48 Üç rayonda yeni məktəb tikiləcək - 15,4 milyonluq LAYİHƏ Bu gün, 18:48 Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? Bu gün, 18:48 Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR