
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, "Marsol Group" və "Məlhəm Beynəlxalq Hospital"ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.
BAKU.WS xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Qanvermə aksiyası aşağıdakı ünvanlarda təşkil olunacaq:
- Lənkəran-Astara iqtisadi rayonu üzrə sentyabrın 23-də Lənkəran şəhərində (Ünvan: "Respublika Qan Bankı" publik hüquqi şəxsin (PHŞ) Lənkəran bölməsi);
- Quba-Xaçmaz iqtisadi rayonu üzrə sentyabrın 24-də Quba şəhərində (Ünvan: "Respublika Qan Bankı" PHŞ-nin Quba bölməsi);
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə sentyabrın 24-də Şəki şəhərində (Ünvan: "Respublika Qan Bankı" PHŞ-nin Şəki bölməsi);
- Bakı şəhəri üzrə sentyabrın 25-də "Bakı KOB evi"ndə, Respublika Qan Bankında və "Məlhəm Beynəlxalq Hospital"da.
Aksiya çərçivəsində tədarük olunacaq qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, "Bir damla qan, min ümidə can" devizi ilə qanvermə aksiyasında ötən il 800-ə yaxın şəxs qan verərək xeyirxah təşəbbüsə dəstək olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.