Bu gün, 15:48 71

Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub

Tarix elmləri doktoru Həsən Həsənovun təqdimatı ilə "Qafqaz Albaniyasının irsinə tarixi baxış" adlı seminar təşkil olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Media və Yayım Şurasının təşəbbüsü ilə reallaşdırılan seminarda Qafqaz Albaniyası ilə əlaqədar mövcud tarixi faktlar, alban mirasının saxtalaşdırılmasına yönəlmiş cəhdlər, ermənilərin bu irsə olan əsassız iddiaları, həmçinin tarixi gerçəkliklərin beynəlxalq ictimaiyyətə doğru şəkildə təqdim edilməsinin vacibliyi barədə geniş məlumat verilib.

Həsən Həsənov çıxışında Albaniya və Atropatena tarixinə dair yanlış məlumatların hələ sovet dövrünə aid ədəbiyyatlarda mövcud olduğunu diqqətə çatdırıb:

"Həmin dövrün ədəbi mənbələrində Albaniya və Atropatena dövlətlərinin eyni zamanda meydana gəldiyi irəli sürülüb, lakin bu fikir həqiqəti əks etdirmir".

Onun sözlərinə görə, Albaniya sözü türk mənşəlidir, mənası "qəhrəman" deməkdir və Albaniya əvvəlcə Atropatenanın tərkib hissəsi olub:

"Bu, düz 7 əsr davam edib, yəni eramızdan əvvəl 7-ci əsrdən 1-ci əsrə qədər və bundan sonra albanlar müəyyən səbəblərdən Atropatenanın tərkibindən ayrılaraq müstəqilliyə nail olublar. Yəni Albaniya Atropatenanın törəməsidir".

Tarixçi alim Albaniya ərazisində üç fərqli dinin mövcudluğuna da diqqət yönəldib:

"Bunlar xristian, yəhudilik və tanrıçılıq dinləri olub. Məhz bunun nəticəsidir ki, islam dini gələndə tanrıçılıq dininə inananlar maneəsiz şəkildə bu dini qəbul ediblər. Xristianların bir qismi islamı qəbul etsə də, qalan qismi iki qola bölünərək ermənilər və gürcülər tərəfinə keçiblər".

Professor ermənilərin özlərini albanların varisi elan etməsini tamamilə əsassız hesab edib, azərbaycanlı memar və tarixçi Davud Axundovun alban mirası ilə bağlı apardığı tədqiqatları bu kontekstdə dəlil olaraq göstərib:

"O, bütün alban məbədlərinin tədqiqatçısıdır. Onun gəldiyi nəticə budur ki, Albaniya ərazisində olan bütün abidələr alban sivilizasiyasının məhsuludur. Hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib. Ümumiyyətlə, alban tarixi ilə bağlı araşdırmalar kifayət qədər deyil".

Tarixçi-alim eyni zamanda dərsliklərdə müəyyən nöqsanların olduğunu qeyd edərək bu məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdiyini söyləyib.

H.Həsənov həmçinin vurğulayıb ki, Gəncəsar və Xudavəng barədə ermənilərin iddiası Ermənistan ərazisində hələ də Azərbaycan torpaqlarına iddiaların mövcud olduğunu göstərir:

"Tarixçi alim, memar Davud Axundovun monoqrafiyası bu konteksdə müfəssəl araşdırmadır. Yəni bu abidələrin ermənilərlə heç bir əlaqəsi yoxdur".

Professor sonda qeyd edib ki, alban məbədlərinə qarşı ermənilər tərəfindən saxtalaşdırma halları çoxdur.

Paylaş

Xəbər lenti

Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48 Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın" Bu gün, 12:48 Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq" Bu gün, 12:48 Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm" Bu gün, 12:48 Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb Bu gün, 12:48 Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb Bu gün, 12:48 "Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48 Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub Bu gün, 11:48 "Aşk-ı Memnu"nun aktyorları həmkarlarının yasına gəlmədi Bu gün, 11:48 Bakıda nəhəng monitor qadının üstünə aşdı Bu gün, 11:48 "Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb Bu gün, 11:48 Azərbaycan XİN Beliz və Maltanı milli günləri münasibətilə təbrik edib Bu gün, 11:48 Vasif Qasımov: "Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək" Bu gün, 11:48 AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq Bu gün, 11:48 Vüqar Bayramov: "Bir tərəfdən sülh deyirlər, digər tərəfdən..." Bu gün, 11:48 Bakıda məşhur doğum evi TƏMİR OLUNACAQ - 2 milyon ayrıldı Bu gün, 11:48 Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... Bu gün, 11:48 Tanınmış iş adamının nəvəsinin güllələdiyi qadının son durumu Bu gün, 11:48 21 sentyabr Beynəlxalq Sülh günüdür Bu gün, 10:48 FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR