
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC-nin İnfrastruktur Departamentinin direktoru Sabir Rzayev işdən çıxıb.
AVESTA.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı "AzInTelecom"un Baş direktoru Elxan Əzizov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, o, öz istəyi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, S.Rzayev 12 ildir "AzInTelecom"da çalışırdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.