
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılıb.
İnsident nəticəsində ilkin məlumata görə, 1 şagird həyatını itirib, 4 nəfər isə yaralanıb.
Hadisənin digər təfərrüatları araşdırılır.
***10:36
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.
BAKU.WS "A Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.
Məlumatı Turgutlu Bələdiyyə sədri Çetin Akın təsdiqləyib.
Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
***10:01
Türkiyədə məktəbə silahlı hücum olub.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Turqutlu rayonunda baş verib.
Məlumata görə, silahlı hücum nəticəsində yaralananlar var.
Hücum nəticəsində 4 şagirdin yaralandığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.