Bu gün, 12:48 69

Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib

Sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AVESTA.AZ xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi ilə bağlı müraciət müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə "ELSA Azərbaycan" təşkilatına 3 000 manat məbləğində maddi dəstək göstərilməsi qərara alınıb.

Eyni zamanda "Feniks" Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı Bu gün, 12:49 Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib Bu gün, 12:49 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi Bu gün, 12:49 Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib Bu gün, 12:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? Bu gün, 12:48 Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib Bu gün, 12:48 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ Bu gün, 11:48 "2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT Bu gün, 11:48 Xəstəxanaya yerləşdirilən Rəşad Səfərov: "Ürəyimdə ciddi problemlər var" Bu gün, 11:48 Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI Bu gün, 11:48 Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır Bu gün, 11:48 AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb Bu gün, 11:48 Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı Bu gün, 11:48 İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Bu gün, 11:48 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib Bu gün, 11:48 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Bu gün, 11:48 Martin Ryan əfv edilib Bu gün, 11:48 Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək Bu gün, 10:48 Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir Bu gün, 10:48 Azərbaycanda 8 ayda istilik və isti su xidmətlərinin ümumi dəyəri açıqlanıb Bu gün, 10:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB? Bu gün, 10:48 Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR Bu gün, 10:48 Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib Bu gün, 10:48 Donald Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı Bu gün, 10:48 DYP: Yol hərəkətində təhlükəsizliyin təmini tək sürücülərin deyil, piyadaların da məsuliyyətli davranmasını tələb edir Bu gün, 10:48 Bakıdakı tıxaclara son qoyacaq PLAN - Yollar və metro necə dəyişəcək? Bu gün, 10:48 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası Bu gün, 09:48 Yalçın Rəfiyev  BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib Bu gün, 09:48 Bu gün 6 rayonda işıq olmayacaq Bu gün, 09:48 Bakıda sakinləri evlərindən didərgin salan hadisə Bu gün, 09:48 AYNA: 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 09:48 Daha bir serial eşqi gerçək oldu - Aralarında 14 yaş fərq var Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 117 dolları keçib Bu gün, 09:48 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT Bu gün, 09:48 Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib Bu gün, 08:48 Minillikləri özündə toplayan qədim yaşayış məskəni Bu gün, 08:48 Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir Bu gün, 08:48 "Anamı qucaqladım, sanki buz parçası idi" - 22 yaşlı Nəsibənin acı hekayəsi Bu gün, 08:48 Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər Bu gün, 08:48 Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub Bu gün, 08:48 Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər Bu gün, 00:48 Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi Dünən, 23:48 Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR