30-09-2026, 18:48 103

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Baş prokuror Kamran Əliyev Rusiya Federasiyasında rəsmi səfərdədir.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində sentyabrın 30-da Baş prokuror K. Əliyevin rəhbərlik etdiyi, tərkibinə Azərbaycanın hərbi prokuroru-baş prokurorun müavini Bəhruz Əhmədovun da daxil olduğu nümayəndə heyəti Kazan şəhərində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 36-cı iclasında iştirak edib. İclas çərçivəsində MDB məkanında prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin olunması, habelə beynəlxalq hüquqi əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

İclasda K. Əliyev "Xaricdən aktivlərin qaytarılması sahəsində müasir çağırışlar və yeni həllər" mövzusunda çıxış edərək, cinayət yolu ilə əldə edilmiş aktivlərin xarici yurisdiksiyalardan qaytarılması sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və praktiki mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.

Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərə ölkəmizdə yüksək önəm verildiyini qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təmaslarının mühüm rol oynadığı vurğulanıb.

Həmçinin qeyd edilib ki, hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Görüş çərçivəsində konkret cinayət işləri üzrə hüquqi yardım məsələləri müzakirə edilib.

Yekunda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının Baş prokuroru xanım Livonq Laoli ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında ötən ilə imzalanmış Əməkdaşlıq Memorandumu əsasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında prokurorluq orqanlarının qarşılıqlı faydalı əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Tədbir çərçivəsində, həmçinin MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş hərbi prokurorlarının dəyirmi masası keçirilmiş, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir. Bəhruz Əhmədovla dəyirmi masaya qatılan Rusiya Federasiyasının və Çin Xalq Respublikasının hərbi prokurorları arasında ikitərəfli görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin səfəri davam edir.

Paylaş

Xəbər lenti

Boşanmaq istəyən qadının dəhşətli sonu: Azyaşlı uşaq anası evində qətlə yetirildi Bu gün, 00:48 Azərbaycanda quzu əti bahalaşdı Dünən, 23:48 Ermənistan ordusunun hərbi qulluqçusu öldü Dünən, 23:48 Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər Dünən, 23:48 ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək Dünən, 23:48 Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır Dünən, 23:48 "Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb Dünən, 23:48 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı Dünən, 22:48 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib Dünən, 22:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir Dünən, 22:48 Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək Dünən, 22:48 Gəncədə avtomobil aşıb, xəsarət alanlar var Dünən, 22:48 Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 22:48 "Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Dünən, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Dünən, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Dünən, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Dünən, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Dünən, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Dünən, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Dünən, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Dünən, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Dünən, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Dünən, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Dünən, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Dünən, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Dünən, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Dünən, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Dünən, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Dünən, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Dünən, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Dünən, 18:48 Bu deputatın mandatı ləğv edildi Dünən, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Dünən, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Dünən, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Dünən, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Dünən, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Dünən, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Dünən, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Dünən, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Dünən, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Dünən, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Dünən, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Dünən, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Dünən, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Dünən, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Dünən, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR