
Bakının Nərimanov rayonunda yerləşən dövlət qurumlarından birinin inzibati binasında genişmiqyaslı təmir və yenidənqurma işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, söhbət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binasından gedir.
İşlərin ehtimal olunan qiyməti 8 milyon 938 min manat müəyyənləşdirilib.
Layihə yalnız binanın daxili görünüşünün yenilənməsini nəzərdə tutmur. İşlər çərçivəsində binanın konstruktiv elementlərinin, o cümlədən bünövrə və zirzəmi divarlarının gücləndirilməsi də planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.