
Rusiyanın İrkutsk vilayətində taunla mübarizə institutunda çalışan laboratoriya əməkdaşının naməlum mənşəli pnevmoniyadan ölməsi mümkün laboratoriya qəzası və yoluxma ilə bağlı narahatlıqlara səbəb olub.
AVESTA.AZ xəbər verir ki, 28 yaşlı əməkdaşın oktyabrın 2-də öldüyü bildirilir. Yerli mediada onun taun bakteriyası ilə təmasda ola biləcəyi iddia edilsə də, Rusiya səhiyyə qurumları institutda hər hansı qəza baş vermədiyini və ölümün peşə fəaliyyəti ilə əlaqəsinin müəyyən edilmədiyini açıqlayıb.
Hadisədən sonra təxminən 200 nəfərin tibbi müşahidəyə götürüldüyü bildirilib. Rəsmi qurumlar İrkutsk vilayətində epidemioloji vəziyyətin stabil olduğunu qeyd ediblər.
ABŞ Dövlət Departamenti isə məsələni aidiyyəti qurumlarla birlikdə izlədiyini açıqlayaraq, Rusiya hakimiyyətini hadisə ilə bağlı məlumatları operativ və şəffaf şəkildə ictimaiyyətə təqdim etməyə çağırıb.
Taun "Yersinia pestis" bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir. Xəstəliyin ağciyər forması ağır keçə və vaxtında müalicə olunmadıqda ölümə səbəb ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.