Dünən, 12:48 101

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Rusiyada yaşayan məşhur iş adamı, "Peton Holding"in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib üç milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçiriblər.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə il əvvəl baş verən bu hadisəyə görə indi daha iki nəfərə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirkarlardan biri - Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. Onunla birgə təqsirləndirilən Ramil Tağıyev isə məhkəməyə qədər azadlıqdadır.

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Nə baş verib?

Emin Axundovu əvvəlcə tanışı Ramil Tağıyev aldadıb. O, Axundovu inandırıb ki, rayonlardan birində özünə məxsus torpaq sahəsində istirahət kompleksi tikərək onun adına keçirəcək. Bu məqsədlə Ramil Emin Axundovdan ümumilikdə 870 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu şəxsi ehtiyaclarına xərcləyib.

Lakin məsələ bununla bitməyib. Sonradan biznesmenə qarşı şantaj başlayıb. Emin Axundovun külli miqdarda pula və çoxsaylı daşınmaz əmlaka sahib olduğunu öyrənən Ramil var-dövləti hədə-qorxu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, tanışı Hikmət Vəliyev və Emin Axundovun doğma əmisi oğlu Vüsal Axundovla sövdələşib.

Onlar Emin Axundov haqqında şəxsi, ailə və biznes məlumatları toplayaraq onu şantaj etməyə başlayıblar. Üçlük biznesmeni ailə üzvlərinin həyatı ilə hədələyərək ondan 20 milyon dollar pul tələb ediblər. Bu məbləğin üç milyon dollarını ələ keçirə biliblər. Amma şantaj bununla da bitməyib. Növbəti mərhələdə Emin Axundova məxsus bir neçə daşınmaz əmlak da hədə-qorxu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adlarına keçirilib.

Belə ki, Buzovna qəsəbəsində yerləşən və üç milyon manat dəyərində olan iki hektar torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının, 1 milyon 380 min manatlıq torpaq sahəsi isə başqa qohumunun adına keçirilib. Bundan əlavə, Emin Axundovun Çexiyanın Karlovi Vari şəhərində yerləşən, 1.5 milyon manat dəyərindəki torpaq sahəsi, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 450 min manat dəyərində torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb.

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar

Ümumilikdə Emin Axundovdan alınan pul və əmlakın ümumi dəyəri 11 milyon manatdan çoxdur.

Bu cinayətdə iştirak edən zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisə baş verəndən qısa müddət sonra həbs edilib və 14 il azadlıqdan məhrum olunub.

Bir müddət əvvəl isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi üzrə istintaq yenilənib. Hazırda Hikmət və Ramil məhkəməni gözləyirlər. Təqsirləri sübuta yetirilsə, onları da 14 il həbs cəzası gözləyir.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Emin Axundov vaxtaşırı medianın gündəminə gəlib. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul daşıdığı barədə məlumat yayılıb.

Paylaş

Xəbər lenti

Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq Bu gün, 15:48 Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı Bu gün, 15:48 London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb Bu gün, 15:48 Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək - YENİ QAYDA Bu gün, 15:48 Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək" Bu gün, 15:48 Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib Bu gün, 15:48 Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır" Bu gün, 15:48 Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır Bu gün, 15:48 Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK Bu gün, 15:48 Nicat Rəhimov: "Bizdən sonra aktyor görmürəm" Bu gün, 15:48 Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur Bu gün, 15:48 Azərbaycana məğlub oldu deyə istefaya göndərdi Bu gün, 15:48 Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO Bu gün, 15:48 Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb Bu gün, 15:48 Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi Bu gün, 14:48 "Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib Bu gün, 14:48 Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb Bu gün, 14:48 Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı Bu gün, 14:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb Bu gün, 14:48 "44" bədii filminin daha bir tizeri yayımlanıb Bu gün, 14:48 Nazir: "Birləşmiş Krallıq Azərbaycana 39 milyard dollarından çox investisiya yatırıb" Bu gün, 14:48 İlk dəfə sükan arxasına əyləşərək adam öldürdü - 5 il həbs verildi Bu gün, 14:48 Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb Bu gün, 14:48 Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finalda məğlub olub Bu gün, 14:48 Bakıda liseyin qarşısında ilan peyda oldu - ANBAAN VİDEO Bu gün, 14:48 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu Bu gün, 13:48 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib Bu gün, 13:48 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü Bu gün, 13:48 Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ Bu gün, 13:48 ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər Bu gün, 13:48 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ Bu gün, 13:48 Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır" Bu gün, 13:48 Azad Bayramov vəfat etdi Bu gün, 12:48 Qubada 19 kq narkotik aşkarlanıb Bu gün, 12:48 Cem Yılmaz ilk dəfə atası, qardaşı və oğlu ilə fotosunu paylaşdı Bu gün, 12:48 İstanbulda məktəbdə bıçaqlı hücum: Məzun olmuş qız 8 şagirdi yaraladı Bu gün, 12:48 Laçında daha üç su elektrik stansiyası tikilir Bu gün, 12:48 Dünya çempionatı: Hidayət Heydərov növbəti qələbəsini qazanıb Bu gün, 12:48 Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi Bu gün, 12:48 İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 12:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb? Bu gün, 12:48 Sabaha yağış gözlənilir? Bu gün, 12:48 Nadir Qafarzadə: "Xoşbəxtliyim 8 dəfə artıb" Bu gün, 11:48 Səməd Bəşirli: "Yüksəktutumlu rəqəmsal əlaqə Azərbaycana AI investisiyaları gətirə bilər" Bu gün, 11:48 Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb Bu gün, 11:48 Türkiyə millisində tarixi geriləmə - 38 il sonra eyni kabus yenidən yaşandı Bu gün, 11:48 Bakıda azyaşlının intim görüntülərini yayan şəxs 5 il həbs edildi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR