
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.