10-10-2026, 12:48 96

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.

AVESTA.AZ xəbər verir ki, layihə çərçivəsində növbəti material Qərbi Azərbaycanın Xancığaz kəndihaqqındadır.

XIX əsrə və XX əsrin ilk üçdəbirinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunacaq.

Kənd 1940-cı ilin iyununda Gözəldərə adlandırılana qədər ən azı bir əsr ərzində Xancığaz adını daşıyıb.

1991-ci ilin aprel ayında Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Aznvadzor olaraq dəyişdirilib.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr "Gürcü xalqına" manifesti ilə nəhayət Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 33 nəfər yaşayıb.

Qafqaz haqqında məlumat toplusu:

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 295 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 345 nəfər yaşayıb.

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 393 nəfər yaşayıb.

1909-cu ilə olan Qafqaz təqvimi:

1906-cı ildə kənddə 523 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:

1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 523 nəfər yaşayıb.

1915-ci ilə olan Qafqaz təqvimi:

1914-cü ildə kənddə 650 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Xancığaz əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqqında məlumat olmayan azsaylı kəndlərdən biri olub.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1930-cu ildən etibarən kənd 1935-ci ildə Kirovakan adlandırılmış Qarakilsə rayonunun tərkibində olub. 1960-cı illərin əvvəllərində Kirovakan rayonu ləğv edilib və kənd Spitak rayonunun tərkibinə daxil olub. Sonralar, keçmiş Kirovakan rayonu Quqark adı ilə bərpa olunduqda kənd yenidən onun tərkibinə daxil edilib.

Erməni mənbələrinin məlumatına əsasən, 1980-ci illərin sonlarına qədər müxtəlif dövrlərdə kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə 715 nəfər yaşayıb, onlardan 712 nəfəri azərbaycanlı olub.

1926-cı ildə kənddə 706 nəfər yaşayıb, onlardan 697 nəfəri azərbaycanlı olub.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 880 nəfər yaşayıb.

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1949-cu ildə Xancığaz kəndi əhalisinin bir hissəsi zorla Azərbaycanın Xanlar rayonuna (indiki Göygöl rayonuna) köçürülüb.

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 633 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə 1041 nəfər yaşayıb.

1979-cu ildə kənddə 1091 nəfər yaşayıb.

1989-cu ildə kənddə 706 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

1988-ci ildə kənddən qaçmağa və Ermənistandakı mal-mülklərini tərk etməyə məcbur olmuş azərbaycanlıların bir hissəsi Azərbaycanın Şəki rayonunda yerləşdirilib.

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib. Salamat qalmış məzar daşları XX əsrə aiddir.

Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü

Paylaş

Xəbər lenti

Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb Bu gün, 01:48 "Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48 İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil Dünən, 23:48 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video Dünən, 23:48 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Dünən, 22:48 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb Dünən, 22:48 Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib Dünən, 22:48 Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır Dünən, 22:48 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! Dünən, 22:48 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib Dünən, 22:48 "44" bədii filminin daha bir tizeri yayımlandı Dünən, 22:48 Qarabağın gələcək ulduzları necə yetişirlər? Dünən, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Dünən, 21:48 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 21:48 Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib Dünən, 21:48 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Dünən, 21:48 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir Dünən, 21:48 Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünən, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Dünən, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Dünən, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Dünən, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Dünən, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Dünən, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Dünən, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Dünən, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Dünən, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Dünən, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Dünən, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Dünən, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Dünən, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Dünən, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Dünən, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Dünən, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Dünən, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Dünən, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Dünən, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Dünən, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Dünən, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Dünən, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Dünən, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Dünən, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Dünən, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Dünən, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR