Bu gün, 17:48 63

Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur?

Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı ilə yadda qalıb. Hamilə itin döyüldükdən sonra hündürlükdən atılması ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narazılıq yaradıb. Hadisə heyvanlara qarşı qəddar rəftara görə qanunvericilikdə nəzərdə tutulan cəzaların yetərliliyi məsələsini yenidən gündəmə gətirib. Bəs Azərbaycanda bu cür əməllərə görə hansı məsuliyyət tədbirləri tətbiq olunur?

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyənləşdirilib. Məhkəmənin qərarı ilə ona 25 sutka inzibati həbs cəzası verilib. Lakin itin ölümü ilə nəticələnən bu ağır əmələ görə tətbiq edilən inzibati həbs cəmiyyətdə və hüquq müstəvisində müzakirələrə səbəb olub.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Qanunvericilik nə deyir?

Vəkil Turan Abdullazadə deyir ki, heyvanlara qarşı qəddar və rəhmsiz rəftar Azərbaycanda əsasən İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, heyvanlara zorakılıq, xəsarət yetirmək, zəhərləmək və ya digər şəkildə əziyyət vermək inzibati xəta sayılır: "İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda 1 000 manatdan 1 500 manatadək, tələf edilməsinə səbəb olduqda 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur".

Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur?

"İnkişaf etmiş ölkələrdə bu, cinayət sayılır"

Vəkil deyir ki, həmin məcəllənin 274-1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur:

"Açıq danışsaq, bizdə bu əməllər hələ də yalnız inzibati məsuliyyət doğurur. Cinayət Məcəlləsində heyvanlara qəddar rəftara dair müstəqil maddə yoxdur. Halbuki inkişaf etmiş ölkələrdə xüsusi qəddarlıqla, uşaqların gözü qarşısında və ya təkrarən törədilən bu cür əməllər cinayət sayılır".

Vəkil deyir ki, qanunvericilikdə ikinci boşluq - təkrarlıq amilidir. Bu gün cəriməni ödəyən şəxs sabah eyni əməli təkrar edə bilər və hüquqi vəziyyəti dəyişmir. Sahəni bütövlükdə tənzimləyən - heyvan saxlamağın qaydalarını, sahibsiz heyvanlarla davranışı, baytarlıq nəzarətini bir araya gətirən vahid çərçivə qanununa ehtiyac var.

Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur?

İnsana qarşı zorakılığın ilk əlaməti

Vəkil heyvanlara qarşı zorakılığın yalnız heyvanların müdafiəsi məsələsi olmadığını düşünür. Onun sözlərinə görə, bu cür əməllər cəmiyyətin təhlükəsizliyi və insanlarda empatiya hissinin formalaşması baxımından da əhəmiyyətlidir:

"İmmanuel Kant deyirdi ki, insanın heyvana münasibəti onun insanlara münasibətinin güzgüsüdür. Kriminologiya da bunu təsdiqləyir: heyvana qarşı zorakılıq çox vaxt insana qarşı zorakılığın ilk əlamətidir. Ona görə də bu maddələr təkcə heyvanları qorumur - cəmiyyəti qoruyur".

"Bütün yük könüllülərin üzərinə düşür"

Heyvan müdafiəçisi Aqşin Məmmədov illərdir küçədə yaralı, xəstə və sahibsiz heyvanları xilas edən insanlardan biridir. O deyir ki, insanların məsuliyyətsizliyinin nəticəsində yaranan yük sonda heyvanlara kömək edən könüllülərin üzərinə düşür:

"İllərdir yaralı və xəstə heyvanları küçədən götürürəm. Borc edirəm, imkanım çatmayanda yenə yol axtarıram, müalicə etdirirəm, əməliyyat etdirirəm, sağaltmağa çalışıram. Sonra isə başqa bir problem başlayır. Heyvan sağalır, amma onu küçəyə qaytarmağa vicdanım imkan vermir. Çünki düşünürəm ki, yenə maşın vurar, küçədə döyərlər, yaxud yemək verən olmaz".

Əgər bir insan heyvanı eyvandan ata bilirsə...

A.Məmmədov eyvandan atılan it hadisəsini də yalnız bir heyvana qarşı qəddarlıq kimi qiymətləndirmir. Deyir ki, bu, müdafiəsiz bir canlının həyatının heçə sayılmasıdır:

"Əgər bir insan heç bir müdafiə imkanı olmayan heyvanı eyvandan ata bilirsə, burada çox ciddi empatiya problemi var. Cəmiyyətin reaksiyası da önəmlidir. Çünki biz illərdir küçələrdə yaralı, xəstə, maşın vurmuş, zəhərlənmiş heyvanlarla qarşılaşırıq. Lakin bunları yenə insanlar xilas edir. Dövlət qurumlarının, bələdiyyələrin və digər aidiyyəti strukturların üzərinə düşən məsuliyyət tam şəkildə yerinə yetirilmədikdə, bütün yük könüllülərin və heyvansevərlərin üzərinə düşür".

Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur?

"Bu şəxslərin psixoloji vəziyyəti araşdırılmalıdır"

Hazırda tətbiq olunan cəzaların kifayət edib-etmədiyinə gəldikdə isə, o hesab edir ki, mövcud yanaşma kifayət qədər çəkindirici deyil:

"İllər ərzində gördüyüm mənzərə mənə göstərib ki, cəzasızlıq yeni qəddarlıq üçün zəmin yaradır. Bir heyvanın canı, ağrısı, qorxusu, yaşamaq instinkti var. Qanun elə işləməlidir ki, insan əvvəlcədən bilsin ki, heyvana işgəncə verməyin, onu qəsdən yaralamağın və öldürməyin real nəticəsi olacaq. Təkrar qəddarlıq edən şəxslərə daha ağır yanaşılmalı, heyvan saxlamaq hüququ məhdudlaşdırılmalı və konkret hallarda şəxsin psixoloji və psixiatrik vəziyyəti də araşdırılmalıdır. Yalnız qanunu sərtləşdirmək də kifayət deyil. Qanun işləməlidir".

Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur?

A.Məmmədov heyvana qarşı zorakılıq hadisəsi ilə qarşılaşan şəxslərin yalnız sosial şəbəkələrdə paylaşmaqla kifayətlənməməli olduğunu deyir. Onun sözlərinə görə, hadisə zamanı təhlükəsiz şəkildə foto və video çəkmək, şahidləri müəyyənləşdirmək və aidiyyəti qurumlara rəsmi müraciət etmək vacibdir:

"Heyvanlara qarşı qəddarlığın qarşısını almaq üçün sadəcə heyvansevərlərin vicdanına güvənmək yox, dövlətin məsuliyyəti öz üzərinə götürməsi lazımdır".

Paylaş

Xəbər lenti

Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Bu gün, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Bu gün, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Bu gün, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR