Bu gün, 11:48 53

Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər

Neftin qiymətinin baza proqnozundan 5-20 ABŞ dolları yuxarı və ya aşağı dəyişməsi Azərbaycanın icmal büdcə balansına və Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsir edə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənəddə neft qiymətlərinin müxtəlif ssenarilər üzrə dəyişməsinin fiskal göstəricilərə təsiri qiymətləndirilib. Belə ki, baza proqnozundan müsbət və mənfi istiqamətdə 5, 10, 15 və 20 ABŞ dolları kənarlaşma nəzərə alınmaqla alternativ ssenarilər hazırlanıb.

Baza ssenarisinə əsasən, 2030-cu ilədək Dövlət Neft Fondunun aktivlərinin 73,9 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Müxtəlif ssenarilər üzrə isə aktivlərin baza göstəricisindən təxminən 0,9-1,8 milyard ABŞ dolları fərqlənəcəyi proqnozlaşdırılır.

Neft qiymətlərindəki dəyişikliklərin 2027-ci ildə icmal büdcə balansına da təsir edəcəyi gözlənilir. Baza ssenarisində icmal büdcə balansının ÜDM-ə nisbəti mənfi 2 % səviyyəsində proqnozlaşdırılır. Alternativ ssenarilərdə bu göstəricinin baza ssenarisindən 1,4-2,7 faiz bəndi intervalında fərqlənəcəyi bildirilir.

Sənəddə qeyd olunur ki, neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixracda əhəmiyyətli paya malik olması qiymət və hasilat həcmindəki dəyişiklikləri fiskal və makroiqtisadi göstəricilərə təsir edən əsas amillərdən birinə çevirir. Neft qiymətlərinin proqnozlaşdırılandan aşağı düşməsi neft-qaz gəlirlərinin, icmal büdcə balansının və ARDNF-in aktivlərinin azalmasına səbəb ola bilər.

Bununla belə, qlobal enerji bazarındakı volatilliyə baxmayaraq, növbəti ildə neftin bir barelinin qiymətinin 65 ABŞ dollarından aşağı düşməsi ehtimalı az qiymətləndirilir. Sənəddə neft qiymətləri kanalı ilə bağlı fiskal risklər də aşağı səviyyədə dəyərləndirilir.

"Neft qiymətlərinin və hasilat həcminin dövlət maliyyəsinə təsirlərini məhdudlaşdırmaq məqsədilə büdcə qaydasının tətbiqi davam etdirilir. Bu çərçivədə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin ortamüddətli dövrdə mərhələli şəkildə azaldılması nəzərdə tutulur.

Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin manatla müəyyən edilməsi neft qiymətləri, hasilat həcmi və valyuta məzənnəsindəki dəyişikliklərin büdcə gəlirlərinə birbaşa təsirini məhdudlaşdırır. Bu tədbirlər neft-qaz gəlirlərindən asılılığın azaldılmasına, fiskal dayanıqlığın qorunmasına və Fondun aktivlərinin uzunmüddətli perspektivdə saxlanılmasına yönəlib", - sənəddə qeyd olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub Bu gün, 12:48 Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq Bu gün, 12:48 Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ Bu gün, 12:48 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA Bu gün, 12:48 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib Bu gün, 12:48 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək Bu gün, 12:48 Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb Bu gün, 12:48 Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib Bu gün, 12:48 Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi Bu gün, 12:48 AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir" Bu gün, 12:48 Simonyan: "Bakı ilə Kərki barədə danışıqlar aparırıq" Bu gün, 12:48 Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb Bu gün, 12:48 Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48 Apple gizli təqdimata hazırlaşır: Sensorlu ekranlı MacBook Pro gəlir Bu gün, 11:48 MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib Bu gün, 11:48 Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər Bu gün, 11:48 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR