
Bakıda "Sehrli payız" adlı beynəlxalq sirk proqramı təqdim olunacaq.
BAKU.WS xəbər verir ki, proqram oktyabrın 11-dən Su İdman Sarayının yanında quraşdırılmış Bakı Dövlət Sirkinin şapitosunda nümayiş etdirilir.
Proqramda Qazaxıstan, Almaniya, Rusiya və Ukraynadan olan, müxtəlif beynəlxalq sirk festivallarının mükafatçıları sırasında yer almış artistlər çıxış edirlər.
Tamaşaçılara hava gimnastikası, atıcı taxtalar üzərində akrobatika, turnikdə çıxışlar, kəmər və halqalar üzərində hava akrobatikası təqdim olunur.
Proqrama, həmçinin təlim keçmiş itlərin, pişiklərin və meymunların iştirakı ilə nömrələr, eləcə də kloun çıxışları daxildir.
Sirk tamaşaları həftəsonları və bayram günlərində saat 12:00 və 15:00-da keçirilir. Biletlərin qiyməti 11-35 manat arasında dəyişir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.