28-02-2026, 17:48 184

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

Bakı Dövlət Sirkinin (BDS) binası xeyli müddətdir ki, qapalıdır. Sirk hazırda fəaliyyətini Avropadan gətirilmiş və Dənizkənarı Bulvar ərazisində - Su İdman Sarayının yanında quraşdırılmış meydançada davam etdirir.

Paytaxtın mədəni simvollarından biri sayılan binanın qapalı qalması ilə bağlı rəsmi açıqlamalarda təhlükəsizlik və texniki problemlər əsas səbəb kimi göstərilsə də, aradan keçən zamana baxmayaraq, sirkin binasının taleyi ilə bağlı məlumat yoxdur. Hətta iddia olunur ki, binada heç bir təmir işləri də aparılmır. Maraqlıdır, bu mədəniyyət ocağının taleyi ilə bağlı planlar nədir?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

"Əsaslı təmir üçün layihələndirmə işləri aparılır"

BDS-nin direktor əvəzi Nahid Ağayev açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin 2024-cü ilin 7 yanvar tarixli qərarı əsasında BDS-də əsaslı təmir və rekonstruksiya işlərinin aparılması səbəbindən kütləvi tədbirlərin nümayişi dayandırılıb:

"Ölkə sakinlərinə sirk tamaşalarının bu müddət ərzində nümayişini təşkil etmək üçün nazirliyin dəstəyi ilə Avropadan ən böyük ölçüdə konstruktiv sirk meydançası gətirilib və Dənizkənarı Bulvar ərazisində - Su İdman Sarayının yanında quraşdırılıb. Sirk tamaşaları həmin ünvanda nümayiş olunur. Hazırda BDS-də əsaslı təmir və rekonstruksiya işlərinin başlanması üçün müvafiq layihələndirmə və smeta işləri aparılır. İşlər yekunlaşan kimi bu barədə məlumat veriləcək".

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

"Binanın bərpası ilə bağlı rəsmi müraciətlər edilib"

N.Ağayev bildirib ki, əsas binanın bərpası ilə bağlı Mədəniyyət Nazirliyinə və ya digər aidiyyəti qurumlara rəsmi müraciətlər edilib:

"2024-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarına binanın mövcud durumunun qiymətləndirilməsi ilə bağlı müraciət olunub və həmin müraciətlər əsasında binada instrumental qiymətləndirilmə keçirilib. Müvafiq hesabat Mədəniyyət Nazirliyinə təqdim olunub. Aidiyyəti qurumların qiymətləndirmə hesabatlarından sonra əsaslı təmir və rekonstruksiya işlərinin layihələndirməsinə başlanılıb. Hazırda binanın bərpası mümkündür və bu istiqamət üzrə işlər aparılır".

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

"Bakı Dövlət Sirki də bu təcrübədən faydalanır"

Məlumat üçün bildirək ki, sirk hazırda fəaliyyətini şapito (çadır) formatında davam etdirir. Qurum rəsmisi bildirib ki, sirk tamaşalarının yüngülkonstruksiyalı sirkdə (şapitoda) nümayişi təcrübəsi dünyada geniş yayılıb:

"Digər tərəfdən, bir sıra Avropa ölkələrində hazırda da stasionar sirklər yoxdur, orada bütün sirk fəaliyyəti şapito səhnəsində həyata keçirilir. BDS də bu təcrübədən faydalanır və əsaslı təmir, konstruksiya işləri bitənədək sirk proqramlarının nümayişi qeyd olunan ünvanda yüngülkonstruksiyalı şirkdə davam etdiriləcək. BDS-nin yeni ünvanda fəaliyyəti sirk kollektivinin yaradıcılıq planlarının xüsusi bir təsiri yoxdur. Hər bir yeni sirk layihəsi öncədən tamaşaçıların maraqları və repertuar planlarını nəzərə alaraq təşkil edilir. Quraşdırılmış sirk dövrün müasir tələblərinə cavab verir və orada da biz proqramlarımızın nümayişini müasir tələblər çərçivəsində həyata keçirə bilirik".

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

Kif qoxusu, rütubət...

Peşəkar aktyor və illüziyaçı Tofiq İsgəndərli bildirib ki, Bakı Dövlət Sirkinin uzun müddət bağlı qalması mədəni baxımdan ciddi problemlər yaratsa da, əsaslı təmiri də çox vacibdir:

"O binanın əsaslı təmirə ehtiyacı var idi. Əvvəllər binanın yalnız səthi təmir edilirdi. Arenanın altında ayrıca bir manej var idi və orada daim kif qoxusu, rütubət və subasma problemləri olurdu. Günbəz təmir olunmayıb, elektrik sistemi çox köhnə idi, hər an qəza baş verə bilərdi. Binanın altı "ayrı bir dünya" idi. Hazırda əsaslı təmir üçün böyük maliyyə vəsaiti tələb olunur".

"Hökumət sirklərdən milyonlarla vəsait qazanırdı"

Vaxtilə, o binada da tamaşalar hazırlayan illüziyaçı bildirib ki, bu binanın həm mədəni, həm də sosial baxımdan böyük əhəmiyyəti var:

"Sirkin digər incəsənət növlərindən fərqi onun canlılığıdır. Kino və teatr keçmiş və ya gələcək hadisələri səhnədə canlandırır, amma sirk insanın hazırda nəyə qadir olduğunu göstərir. Bu sənət gözəllik, cəsurluq, mərdlik və igidlik nümunəsidir. Tamaşaçıya həm estetik zövq, həm də qorxmazlıq aşılayır. Sirk həm də yaş və dil məhdudiyyəti tanımır, hər kəs üçün açıq bir incəsənət formasıdır. Üstəlik, sirkin kommersiya potensialı da yüksəkdir. Güclü kollektivi olan sirk dünyanı gəzərək ciddi gəlir əldə edə bilər. Sovet dövründə hökumət sirklərdən milyonlarla vəsait qazanırdı. Nömrələr təsadüfi hazırlanmazdı, xərclənən vəsaitin əvəzini 10 qat çıxarırdılar".

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?

Bakı Dövlət Sirki yalnız bir əyləncə mərkəzi deyil...

T.İsgəndərli bildirib ki, sirk müasir texniki qurğular və avadanlıqlarla təmin edilməli və binanın tarixi və mədəni dəyəri qorunmalıdır:

"Stasionar bina yalnız tamaşalar üçün deyil, həm də muzey kimi istifadə edilə bilər. Bu, sirkin irsini gələcək nəsillərə çatdırmaq baxımından vacibdir. Sirkin illərlə fəaliyyətsiz qalması mədəni və sosial risklər yaradır. Uzun müddət bağlı qalmaq insanlarda sirk sənətini unudulmağa məhkum edə bilər. Şapito formatında fəaliyyət müvəqqəti həll hesab olunur. Düzdür, dünyanın bir çox ölkəsində sirklər çadırlarda fəaliyyət göstərsə də, stasionar bina rahatlıq, quruluş və tarixi dəyər baxımından önəmlidir. BDS yalnız bir əyləncə mərkəzi deyil, həm də xalqın mədəni irsinin bir parçasıdır. Onun qorunması, bərpası və fəaliyyətinin bərpası mədəniyyətin gələcəyi üçün vacibdir".

Paylaş

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48 Kosmosda yadplanetli həyatın izlərini aşkarlayan yeni test hazırlanıb Bu gün, 13:48 Küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə I oxunuşda qəbul edilib Bu gün, 13:48 Meksikada "beyin yeyən amöb" aşkarlanıb: Altı süni göl bağlandı Bu gün, 13:48 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu Bu gün, 13:48 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb Bu gün, 13:48 Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub Bu gün, 12:48 Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq Bu gün, 12:48 Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ Bu gün, 12:48 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA Bu gün, 12:48 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib Bu gün, 12:48 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək Bu gün, 12:48 Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb Bu gün, 12:48 Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib Bu gün, 12:48 Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi Bu gün, 12:48 AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir" Bu gün, 12:48 Simonyan: "Bakı ilə Kərki barədə danışıqlar aparırıq" Bu gün, 12:48 Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb Bu gün, 12:48 Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48 Apple gizli təqdimata hazırlaşır: Sensorlu ekranlı MacBook Pro gəlir Bu gün, 11:48 MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib Bu gün, 11:48 Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər Bu gün, 11:48 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR