
Xırdalan-Bakı istiqamətində fəaliyyət avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb.
BAKU.WS-ə daxil olan məlumata əsasən, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib.
Sərnişinlərin bildirdiyinə görə, yaranan gərginlik səbəbindən sürücü nazırılığından küsərək idarəetməni müvəqqəti olaraq dayandırıb və avtobusu saxlayıb.
Mübahisəyə səbəb olan sərnişin nəqliyyat vasitəsini tərk etdikdən sonra sürücü işinə geri dönüb və avtobusun hərəkəti bərpa olunub. Hadisə digər sərnişinlərin narazılığına və vaxt itkisinə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.