
Paytaxtda 49 nömrəli marşrut avtobusunda sərnişinlərlə sürücü arasında gərginlik yaşanıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisəyə səbəb avtobusdakı sərnişin sıxlığı olub.
Sərnişinlərin iddiasına görə, marşrut xətti üzrə avtobuslar hər yarım saatdan bir gəlir, nəticədə dayanacaqlarda böyük növbələr yaranır.
Gələn avtobusların da dolu olması narazılıq yaradıb və bu, sürücü ilə sərnişinlər arasında mübahisəyə, daha sonra isə davaya səbəb olub.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.