Bu gün, 15:48 79

Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi?

Azərbaycanda ödənişli avtomobil yollarının şəbəkəsi genişlənir. Hazırda Bakı-Quba-Rusiya sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa magistralları artıq bu sistemlə fəaliyyət göstərir. Sürücülərə daha sürətli, təhlükəsiz və rahat hərəkət vədi verən bu yollar nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı sayılır. Bəs təcrübə nəyi göstərir? Sürücülərin bu marşrutlara uyğunlaşması necə gedir və ilkin göstəricilər nə deyir?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Məqsəd alternativ seçim və yüksək təhlükəsizlikdir"

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, ödənişli avtomobil yollarının tətbiqi sürücülərə alternativ marşrut seçimi təqdim etməklə yanaşı, daha yüksək texniki göstəricilərə malik yol infrastrukturu vasitəsilə hərəkətin rahatlığının və təhlükəsizliyinin artırılmasına xidmət edir: "Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa ödənişli avtomobil yollarından istifadə göstəriciləri mütəmadi olaraq izlənilir. Hərəkət intensivliyi günün və mövsümün xüsusiyyətlərindən, bayram və istirahət günlərindən, eləcə də yük və sərnişin daşımalarının intensivliyindən asılı olaraq dəyişir. Müşahidələr göstərir ki, ödənişli yollardan həm minik, həm də yük nəqliyyat vasitələri istifadə edir. Sürücülərin marşrut seçiminə yolun uzunluğu, hərəkət şəraiti, səfər müddəti, nəqliyyat vasitəsinin təyinatı və digər amillər təsir göstərir. Bununla yanaşı, hər iki istiqamətdə ödənişsiz alternativ marşrutların mövcud olması sürücülərin seçim imkanını qoruyur".

Məsafə qısalır, yanacağa qənaət olunur

Agentliyin məlumatına görə, ödənişli yolların əsas üstünlüklərindən biri onların daha yüksək texniki göstəricilərə və buraxıcılıq qabiliyyətinə malik olmasıdır: "Məsələn, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu alternativ Zəfər yolundan təxminən 20 kilometr qısadır. Daha qısa məsafə və yolun texniki göstəriciləri hərəkət şəraitindən asılı olaraq səfər müddətinin və yanacaq sərfiyyatının azalmasına imkan yaradır. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni magistral da əvvəlki marşrutla müqayisədə daha qısa olmaqla yanaşı, yaşayış məntəqələrinin daxilindən keçmədən tranzit hərəkətin təşkilinə imkan verir. Bu isə xüsusilə uzunməsafəli daşımalar və yük nəqliyyatı üçün daha rahat hərəkət şəraiti yaradır".

Ödənişli avtomobil yollarından daxil olan vəsait necə xərclənir?

Qurumdan bildirilib ki, ödənişli yolların effektivliyi yalnız onlardan istifadə edən nəqliyyat vasitələrinin sayı və ya ödənişlərdən daxil olan vəsaitlə qiymətləndirilmir. Burada hərəkət vaxtının və məsafənin azalması, yol hərəkətinin təhlükəsizliyi, tranzit axınların yaşayış məntəqələrindən kənarlaşdırılması, alternativ yollarda nəqliyyat yükünün bölüşdürülməsi və yol infrastrukturunun saxlanılması kimi amillər də nəzərə alınır: "Ödənişli avtomobil yollarından daxil olan vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada avtomagistralların və ödəniş məntəqələrinin saxlanılması, qorunması və təmiri, ödənişli yolların idarə olunması, həmçinin avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilir. Əhmədbəyli-Füzuli-Şuşa yolunda ödənişli istismar rejiminin nisbətən qısa müddət əvvəl tətbiq edildiyini nəzərə alaraq, bu yol üzrə istifadə dinamikası və sürücülərin seçim davranışları ilə bağlı dəqiq nəticələrin formalaşdırılması üçün daha uzun müşahidə dövrü tələb olunur. Ümumilikdə isə hər iki ödənişli yol üzrə hərəkət intensivliyi və istifadə göstəriciləri izlənilir, əldə olunan məlumatlar yol infrastrukturunun idarə olunması zamanı nəzərə alınır".

Alternativ yol prinsipi

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, ödənişli yolların tətbiqi dünyada və bölgəmizdə illərdir sınaqdan keçmiş bir praktikadır. Azərbaycanda da bu sistemin tətbiqi istiqamətində addımlar artıq bir neçə ildir ki, atılır: "Ödənişli yolların əsas meyarlarından biri pulsuz alternativinin olmasıdır. Yəni hər hansı bir yol ödənişli edilirsə, mütləq pulsuz alternativi saxlanılmalıdır. Hazırda şimal istiqamətində ödənişli magistral fəaliyyət göstərir. Yaxın vaxtlarda Əhmədbəyli-Füzuli-Şuşa yolu da ödənişli edilib. Bu yolun alternativi kimi həm Zəfər yolu, həm də Qırmızı bazardan keçən "M1" Füzuli-Şuşa yolu var. Növbəti illərdə fərqli istiqamətdə, məsələn, cənub marşrutunda da mövcud yeni magistral ödənişli ola bilər, köhnə yol isə əsaslı təmirdən sonra pulsuz alternativ kimi sürücülərin istifadəsinə verilər".

"Ödənişli yollara ehtiyac hər gün daha da artacaq"

Ekspert bildirir ki, bu mexanizm mövcud nəqliyyat imkanlara söykənir, həm yolların saxlama xərclərini qarşılayır, həm də sürücülər üçün rahat seçimlər yaradır: "Nəzərə alsaq ki, Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir və ölkədə ümumi yükdaşımaların 70%-dən çoxu məhz avtomobil nəqliyyatının payına düşür, belə ödənişli yollara ehtiyac hər gün daha da artacaq. Ölkənin strateji coğrafi mövqeyi də nəqliyyat infrastrukturu məsələsini ön plana çəkir. Bu mənada, istiqamətindən asılı olaraq belə bir praktika gələcəkdə də tətbiq edilə bilər".

Paylaş

Xəbər lenti

Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48 Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım Bu gün, 09:48 Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq Bu gün, 09:48 Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürülüb Bu gün, 09:48 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür Bu gün, 09:48 U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb Bu gün, 09:48 Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək Bu gün, 09:48 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR