
Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib.
AVESTA.AZ AFFA-ya istinadən xəbər verir ki, bu, oktyabrın 22-də start götürəcək yarış çərçivəsində Bakıya gələn ilk kollektivdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan komandanın gəlişi ilə turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.
Oktyabrın 22-dən 30-dək davam edəcək beynəlxalq turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Futbolçuları bir araya gətirəcək yarışın təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.