
FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"a AFFA-dan məlumat verilib.
Funksioner Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı ölkəmizə gəlib.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da təşkil olunacaq.
Azərbaycan millisi AF qrupunda yer alıb. Yığma Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.