
42 yaşlı aktrisa Yuliya Peresild ilk dəfə evlənib.
AVESTA.AZ "woman.ru"ya istinadən xəbər verir ki, o bu xoş xəbəri təsdiqləyib və hazırda çox xoşbəxt olduğunu etiraf edib.
Ulduz rəsmi evliliyi barədə ilk dəfə HELLO! jurnalına verdiyi yeni müsahibəsində elan edib.
Peresildin şəxsi həyatında dəyişikliklər barədə şayiələr sentyabrın əvvəlində yayılmağa başlayıb. Pərəstişkarları aktrisanın barmağındakı üzüyü görsələr də, Yuliya özü detallar barədə danışmaqdan çəkinirdi.
"Tək olmaq həqiqətən çətindir və tək olmamalısan. Bəzən tək olmaq hər şeydən yaxşıdır. Amma həmişə sevgini arzulamalısan. Bəli, ailə qurdum. Mən bunuetdim və mən çox xoşbəxtəm" - deyə Yuliya Peresild vurğulayıb.
Aktrisa toy şəkillərini, tarixini və digər təfərrüatları isə gizli saxlayıb.
Xatırladaq ki, aktrisa ilə operator Mixail Milaşin arasında mümkün romantik münasibətlər barədə şayiələr 2025-ci ilin payızında ortaya çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.