
Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndi ərazisində baş verib.
Kənd ərazisində ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.