
"Xankəndi" klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Bu barədə klubun mətbuat xidmətindən AVESTA.AZ-ə məlumat verilib.
Bildirilib ki, klubla Röyal Nəcəfov arasında müqavilə imzalanıb.
Razılaşmaya əsasən, Röyal Nəcəfov 2026/2027-ci illər mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsini icra edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.