Dünən, 10:48 118

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib.

Bu barədə BAKU.WS-ə Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Bildirilib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə - qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak ediblər.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb.

Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb.

Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.

Konfrans zamanı BMT-nin Afrika mənşəli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir June Soomer, Beynəlxalq Zikh Federasiyasının Baş Hüquq məsləhətçisi Prabjot Singh Wirring, İdarəçilik üzrə beynəlxaq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış etmişlər. Onlar öz çıxışlarında Azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər.

Tədbir iştirakçəları indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.

Xatırladaq ki, indiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılmış, təhqir olunmuş və mənimsənilmişdir. Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ - öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır. Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.

Paylaş

Xəbər lenti

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Bu gün, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Bu gün, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Bu gün, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Bu gün, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Bu gün, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Bu gün, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bu gün, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Bu gün, 17:48 Kredit faizləri niyə azalmır? Bu gün, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Bu gün, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Bu gün, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Bu gün, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Bu gün, 16:48 Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı Bu gün, 16:48 Hərbçilərin əməkhaqları artırılır Bu gün, 16:48 Azərbaycanlı mühəndislərin hazırladığı KASIRGA PUA-sı ilk dəfə "ADEX 2026"da nümayiş olunur Bu gün, 16:48 Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb Bu gün, 16:48 Dilan Polat saxlanıldı Bu gün, 15:48 Bakının bu rayonunda 20-yə yaxın bina söküləcək Bu gün, 15:48 "Sabah" Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI Bu gün, 15:48 "Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb Bu gün, 15:48 Qaraçuxur qəbiristanlığının hasarı uçurulub Bu gün, 15:48 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm" Bu gün, 15:48 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib Bu gün, 15:48 Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır Bu gün, 14:48 Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur Bu gün, 14:48 Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib Bu gün, 14:48 Bolqarıstanda klub prezidenti evinin qarşısında güllələndi Bu gün, 14:48 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI Bu gün, 14:48 Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI Bu gün, 14:48 "Flydubai" təyyarəsində ŞOK olay: Pilot təyyarəni qəzaya uğratmaq istəyib? Bu gün, 14:48 Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ələ keçdi Bu gün, 14:48 Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb Bu gün, 14:48 "Flydubai" təyyarəsinin qəfil aşağı düşdüyü ANLAR Bu gün, 14:48 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək Bu gün, 13:48 Məktəbləri və milli təhlükəsizliyimizi təhdid edən radikallarla bağlı ÇAĞIRIŞ EDİLDİ Bu gün, 13:48 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir - Təsdiqləndi Bu gün, 13:48 Prezident İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub Bu gün, 13:48 Bu rayonda bir neçə küçənin yolları əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 13:48 Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında saziş təsdiqlənib Bu gün, 13:48 Okan Burukdan Batrakovla bağlı gözlənilməz qərar Bu gün, 13:48 Dünən Kürdəmirdə daha 1 nəfəri ildırım vurub öldürüb Bu gün, 13:48 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır Bu gün, 13:48 Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb Bu gün, 13:48 Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO Bu gün, 12:48 Bakının mərkəzində tıxacları azaldacaq YENİ HƏLL YOLU Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR