Bu gün, 17:48 100

12 milyonluq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, proses şahid ifadələri ilə davam edib.

Şahid B.A. 2018-ci ildən "Park Bulvar"da əmək müqaviləsi ilə işlədiyini deyib:

"2020-ci ildə VÖEN açdırdım. Əməkhaqqım 600 manat idi, qış aylarında isə 300 manata endirilirdi. Buna səbəb kimi həmin dövrdə işin zəif olması göstərilirdi. Hazırda da orada işləyirəm. Velosiped və velokartların fəaliyyətinə, həmçinin xəzinəyə nəzarət edirdim".

Digər şahid Ə.E. bildirib ki, ərazidə yerləşən obyektlərlə müqavilələrin bağlanmasına nəzarət edib.

Onun sözlərinə görə, obyektlərdən toplanan pullar kassa çeki ilə ona təhvil verilib:

"Mən də həmin pulları Fuad müəllimə verirdim. Yayda iş normal olurdu, qışda isə zəifləyirdi. Fuad müəllim əraziyə gətirilən gül və yaşıllaşdırma işlərinə cavabdeh idi. Bəzən Yeni il bəzəkləri üçün "Sədərək"dən aldığımız məhsullara görə borcumuz qalırdı".

Növbəti məhkəmə iclası oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, cinayət işi Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanıb.

İttihama əsasən, İlqar Mustafayevin digər şəxslərlə cinayət əlaqəsinə girərək qurumun ərazisindəki qeyri-yaşayış sahələrinin icarəsi, kommersiya obyektləri, gəmi gəzintiləri və başqa fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, onun 1 milyon 800 min manatdan artıq vergini dövlət büdcəsinə ödəməkdən yayındığı, cinayət yolu ilə əldə edildiyi iddia olunan 10 milyon manatdan artıq vəsaiti özü və qohumlarının adına əmlaklar almaqla leqallaşdırdığı bildirilir.

İlqar Mustafayev barəsində həbs, digər təqsirləndirilən şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 11 milyon manatdan artıq dəyəri olan əmlak üzərinə həbs qoyulub.

Paylaş

Xəbər lenti

SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 18:48 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Bu gün, 18:48 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ Bu gün, 18:48 Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Bu gün, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Bu gün, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Bu gün, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Bu gün, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Bu gün, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Bu gün, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bu gün, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Bu gün, 17:48 Kredit faizləri niyə azalmır? Bu gün, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Bu gün, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Bu gün, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Bu gün, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Bu gün, 16:48 Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı Bu gün, 16:48 Hərbçilərin əməkhaqları artırılır Bu gün, 16:48 Azərbaycanlı mühəndislərin hazırladığı KASIRGA PUA-sı ilk dəfə "ADEX 2026"da nümayiş olunur Bu gün, 16:48 Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb Bu gün, 16:48 Dilan Polat saxlanıldı Bu gün, 15:48 Bakının bu rayonunda 20-yə yaxın bina söküləcək Bu gün, 15:48 "Sabah" Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI Bu gün, 15:48 "Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb Bu gün, 15:48 Qaraçuxur qəbiristanlığının hasarı uçurulub Bu gün, 15:48 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm" Bu gün, 15:48 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib Bu gün, 15:48 Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır Bu gün, 14:48 Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur Bu gün, 14:48 Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib Bu gün, 14:48 Bolqarıstanda klub prezidenti evinin qarşısında güllələndi Bu gün, 14:48 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI Bu gün, 14:48 Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI Bu gün, 14:48 "Flydubai" təyyarəsində ŞOK olay: Pilot təyyarəni qəzaya uğratmaq istəyib? Bu gün, 14:48 Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər ələ keçdi Bu gün, 14:48 Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb Bu gün, 14:48 "Flydubai" təyyarəsinin qəfil aşağı düşdüyü ANLAR Bu gün, 14:48 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək Bu gün, 13:48 Məktəbləri və milli təhlükəsizliyimizi təhdid edən radikallarla bağlı ÇAĞIRIŞ EDİLDİ Bu gün, 13:48 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir - Təsdiqləndi Bu gün, 13:48 Prezident İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub Bu gün, 13:48 Bu rayonda bir neçə küçənin yolları əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 13:48 Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında saziş təsdiqlənib Bu gün, 13:48 Okan Burukdan Batrakovla bağlı gözlənilməz qərar Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR