
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verri ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir.
Bununla yanaşı sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyeva ilə bağlı növbəti fotolar yayılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.